• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 16.11.2022 20:05

Prezident fərmanlar imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” fəaliyyətinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Nizamnamə fondu 100 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Prezidentin digər fərmanı ilə mədəniyyət nazirinə yeni səlahiyyətlər verilib. ***Dövlət başçısı Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Əmiraslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. *** Prezident "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam da imzalayıb.