• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2101
— 16.11.2022 16:00

Parkın ərazisi meyvə ağacları ilə yaşıllaşır

KepezTV Player

Ekoloji problemləri və iqlim dəyişikliyi risklərini minimallaşdırmaq məqsədi daşıyan "Gəncə - Yaşıl şəhər" layihəsinə Gəncə Dövlət Universiteti də töhfə verməkdədir. Ekologiya və təbiəti mühafizə kafedrası tərəfindən ənənə halını alan yaşıllaşdırma tədbirləri bir qədər də intensivləşdirilib. Şəhərin Heydər Əliyev parkında geniş bir ərazi əkin üçün hazır hala gətirilirək qazılan çalalara 100-dən artıq müyvə ağacları əkilib. Kafedranın əməkdaşları və ixtisas üzrə təhsil alan tələbələr parkın ərazisini əsasən alma və xurma ağacları ilə zənginləşdiriblər. Torpağa basdırılan tinglərin suvarılması həyata keçirilib və inkişafı üçün aqrotexniki tədbirlər görülüb. Şəhərin ekomühitinin qorunması və zənginləşdirilməsinə xidmət edən aksiya sakinlərin təmiz ekoloji mühitdə yaşamalarını şərtləndirir.