• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 16.11.2022 15:08

Şəmkir təhsil sektorunun müdiri işdən çıxarılıb

KepezTV Player

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri işdən çıxarılıb. Sektor müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumatı təsdiqləyiblər. Qüdrət Əliyev bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur. Qüdrət Əliyev Regional təhsil idarələri yaranmamışdan əvvəl Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib. Buna qədər isə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.