• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 16.11.2022 15:24

Rayonda YAP üzvlərinin sayı artır

KepezTV Player

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə Goranboyda tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi və rayondakı Şəhidlər Xiyabanı ziyarət olunub, Partiyanın 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən siyasi təşkilatın ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində zəngin və şərəfli inkişaf yol keçdiyinə diqqət çəkilib. Azərbaycan vətəndaşının Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyi vurğulanıb. Vətən Müharibəsində qazanılan tarixi zəfərin xalqla dövlətin birliyini bir daha nümayiş etdirdiyinə, partiyanın Goranboy rayon təşklatının fəaliyyətinə toxunublar. 83 ərazi ilk partiya təşkilatında 7680 birləşən üzvdən 1365-i gənc, 4385 nəfərini isə qadınlardır. Son 9 ayda 104 nəfər partiya sıralarına qəbul olunub. Rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.