• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 16.11.2022 16:02

Sakinləri narahat edən məsələlər dinlənilib

KepezTV Player

Gəncədə şəhər rəhbəri sakinlərlə görüşüb. “Açıq mikrofon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayət və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib. Dinlənilən müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata görütülüb.