• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 16.11.2022 15:33

XİN: "Qəbul edilən qətnamə açıq təxribat xarakteri daşıyır"

KepezTV Player

Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilən qətnamə açıq təxribat xarakteri daşımaqla Ermənistanla münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir. Bu barədə Xarici İşlər Nazirliyinin qətnaməyə dair şərhində bildirilib. Qeyd edilib ki, qətnamə  hər hansı hüquqi qüvvəyə malik deyil. Sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan edən ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz nümunəsidir.