• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 16.11.2022 12:08

Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib

KepezTV Player

Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib. Real döyüş şəraitinə uyğunlaşdırılan təlimdə şərti düşmənin diversiya qrupu zərərsizləşdirilib. Müşahidə postları qurulub və bölmələr tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatları icra olunub. Təlimin məqsədi taborun döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargah fəaliyyəti ilə bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, komandirlərin döyüşü idarəetmə qabiliyyətini artırmaqdır. Qarşıya qoyulan məqsədlərə nail olunub.