• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2201
— 16.11.2022 10:00

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

KepezTV Player

Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçərin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcərin Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub. Müdafiə Nazirliyindən açıqlanıb ki, Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.