• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 15.11.2022 20:40

Tehranın şeytan əməlləri

KepezTV Player

İran-Ermənistan yaxınlığının təbii səbəblərindən biri də hər iki ölkənin eyni mahiyyətə malik olmasıdır. Burada söhbət terrorizmdən, terrorçuluğu dəstəkləməkdən gedir. Tehran üzdə mələk kimi görünməyə çalışsa da, əslində içindəki şeytan çoxdan özünü büruzə verib. İranın terror əməlləri və onun coğrafiyasından danışacağıq.

Molla Respublikasının düşmənçilik münasibəti bəslədiyi ölkələrdən birinin rəsmisi vaxtilə İran və terrorizmi bir sikkənin iki üzü adlandırmışdı. Bu ölkə dünyada terrorizm və ekstremizmin əsas ixracatçısı kimi tanınır. ABŞ Dövlət Departamenti uzun illərdir hesabatlarında İranı terrorçuluğun əsas sponsoru kimi təqdim edir. Molla rejimi hakimiyyətə gəldiyi 1979-cu ildən bu yana bir sıra bölgələrdə müxtəlif səpkili terror əməllərinə imza atıb. Terrorizm Tehranın daxili və xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.Öncə ölkə daxilinə nəzər salaq:  hazırkı rejim hakimiyyətin siyasətindən narazı olan qüvvələr, ictimai fəallar, ziyalılara qarşı kəskin münasibəti ilə ad çıxarıb. Müxalif fikir sahibləri olan ölkə vətəndaşları terror əməliyyatları ilə aradan götürülüb. Bəzi mənbələr belə şəxslərin sayının 1000-dən çox olduğunu göstərir. Hakimiyyətin terror siyasətindən, repressiyadan can qurtarıb xaricə üz tutan müxaliflər isə saysız-hesabsızdır.

İndi isə xaricdə İranın terror siyasətinin nümunələrindən bəzilərinə diqqət yetirək: 1980-ci ildə Livanda 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri  oğurlanır. 1983 və 1984-cü illərdə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumları təşkil edilir. 1992-ci ildə Berlindəki Mikonos restoranında, 1994-cü ildə Buones-Ayresdəki Yəhudi mərkəzində, 1996-cı ildə Səudiyyə Ərəbistanının “əl-Xubər” qüllələrində partlayış törədilir. 2012-ci ildə Keniyada, 2015-ci ildə Bəhreyndə terrora cəhd edilir. 2018-ci ildə iranlı diplomat və 3 həmvətəni Fransada terror aktı hazırlamaqda şübhəli bilinərək Avstriyada həbs olunur.  2022-ci ildə Albaniya hökumətinin kompüter sistemlərinə kiber hücum edilir, Türkiyədə israilli turistlərə qarşı terror aktı planlaşdırılır. İranın Yaxın Şərqdəki analoji əməllərinin isə sayı-hesabı yoxdur. Molla rejiminin əli Ukraynanın dinc sakinlərinin də qanına bulaşıb.

İndi isə bir qədər Tehranın Azərbaycanla bağlı çirkin niyyətlərindən bəhs edək. İran rəsmiləri oktyabrın 26-da Şirazdakı Şahçıraq ziyarətgahında terror aktı törədilməsində bəzi ölkələri ittiham ediblər. Onlar abırsızcasına Azərbaycanın da adını çəkiblər. Başqa şəkildə desək, öz adlarını özgəyə qoyublar. Halbuki, Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyatları İranın Azərbaycanla bağlı məkrli planlarının üstünü açdı.

Görünən odur ki, terror Tehranın aqressiv siyasətinin əsas silahıdır. ABŞ Dövlət Departamentinin 2020-ci ilə olan məlumatına görə, İran dünyanın 40 ölkəsində 360 terror aktı reallaşdırıb. “Həmas”, “Hizbullah”, “İslami Cihad”, “Əl-Qaidə” molla respublikasının qanadı altına sığınıb. Narkotik ticarətindən gələn gəlirlərin böyük hissəsi bu terror qruplaşmalarının maliyyələşdirilməsinə yönəldilir.