• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 15.11.2022 20:36

YAP sıraları kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşib

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı tərəfindən partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib. Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, siyasi təşkilatın 30 illik fəaliyyətinə təqdim edilən videoçarxda nəzər salınıb. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atıldığına, Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP-ın inkişafının yeni mərhələsinə qədəm qoyuduğuna diqqət çəkilib. Partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb, sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdiyi vurğulanıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib. YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində şəhər və ərazi partiya təşkilatlarının rolunun, onların mütəşəkkil, fəal fəaliyyətinin əhəmiyyətinə toxunulub. Gəncədə 150 ilk partiya təşkilatlarında 44 min 191 nəfərin birləşdiyi xatırladılıb. Yubiley tədbirində şəhərin ictimai həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.