• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 15.11.2022 20:31

Evimizin bəzəyi dibçək gülləri

KepezTV Player

Heç bir şey, hətta musiqi belə insanı təbiət qədər sakitləşdirə bilməz. Xüsusən də yaşıllıq insana xüsusi rahatlıq və zövq verir. Təsadüfi deyil ki, psixoloqlar da yaşılın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyi deyir. Növbəti sujetimizdə evimizin bəzəyi olan dibçək güllərindən danışacayıq.

Dibçək gülləri həm oturduğumuz otaöın havasını təmizləyir həm də, gözəl estetik görnüş bəxş edir. Elə güllər var ki, məsələn Ətirşah, biz onun yarpaqlarını çaya ataraq içməkdə olur. Eyni zamanda əlimiz və ya bədənimiz zədələnən də, kəsilən də Aloe Vera bitkisinin yarpaqları bizə şəfa olur.

Güllərə qulluq etmək üçün səbr və zəhmət tələb olunur. Həmçinin güllər hər bir insana xoşbəxtlik və sevinc gətirir. Yəni, onların insan aurasına təsiri yüksəkdir. Güllər ev interyerində xüsusi yer tutur. Lakin hər kəs də dibçəkdə gül əkməyi və ona qulluğu bacarmır. Çünki insanlar kimi hər bir gülün  də öz xüsusiyyəti və “xarakteri” var. Onun sulanması, vaxtlı vaxtında dibinin yumşaldılması, hava ilə təmasının yaradılması vacib məsələlərdəndir.

Aynur Babayeva professor: Gülləri evə keçirəndə düzgün keçirləmilik. havanı tənzimləməliyik və s.

Son zamanlar günəş şualarını sevən, tropik zonalardan gələn çiçəklərə üstünlük verilir. Bu onlara qulluğun yerli bitkilərdən fərqliliyi ilə əlaqələndirilir.

Aynur Babayeva professor: Tropik bitkiləri içərdə saxlayanda işıq yandırmaq lazımdır. Çünki indi hava tez qaralır və s.

Dibçək güllərinə sadəcə bir bitkidir deyib keçmək düzgün deyil. Çünki, psixologiyada bunlar insana firavanlıq və xöşbəxtlik gətirir.

Çiçəklər dünyanın təbəssümüdür. Gəlin bu gülümsəməni qoruyaq.