• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1481
— 15.11.2022 12:30

Şəhərin ekoloji mühiti zənginləşir

KepezTV Player

Naftalanda müalicə almaq və istirahət etmək ilboyu əlverişli olduğundan şəhərin ekomühitinin qorunması və zənginləşdirilməsinə xüsusi önəm verilir. Son illər Şəhər İcra Hakimiyyəti təşəbbüsü ilə həmişəyaşıl ağac və gül kolları, dekorativ bitkilər, həmçinin, dünyada ən sürətlə böyüyən və havanın çirklənməsinin qarşısını alan Pavlovniya ağacları əkilib. Qocaman Çinar, Eldar şamı, Küknar, Sərv kimi ağaclar da şəhərin yaşıllığının əsas hissəsini təşkil edir, həm də tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün əlverişlidir. Mütəmadi olaraq keçirilən yaşıllıq aksiyaları beynəlxalq turizm mərkəzinə çevrilən Naftalana üz tutanların mənalı istirahətinə və asudə vaxtının səmərəli təşkilinə xidmət edir. Eləcə də  şəhər sakinlərinin təmiz ekoloji mühitdə yaşamalarını şərtləndirir.