z rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdən qeyri-qanuni yolla gətirilən narkotik vasitəni ölkə ərazisində satışını təmin edən narkokuryer saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Rzayev olduğu müəyyən edilib. O, sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Tovuz rayonu ərazisində gizlədilən narkotik vasitəni respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıb. Həmin şəxs Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman əyləşdiyi taksidən 1 kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 462