• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1783
— 13.11.2022 20:40

Qızılın qiymətində enmə müşahidə edilir

KepezTV Player

Gəncədə qızılın qiymətində ucuzlaşma müşahidə edilir. Oktyabrdan başlayan proses əhalini daha çox qızılın "sarı"sına istiqamətləndirib. Əməkdaşımız Nərgiz Əhmədqızı qızılın əyyarına görə qiymətləri ilə maraqlanıb.

Gəncədə qızıl alqı-satqısı ilə məşğul olan ticarət obyektlərində hər zövqə uyğun qızıl məmulatlarına rast gəlmək mümküdür. Alıcılar ən çox hədiyyə etmək üçün bu dəyərli metala üstünlük verirlər. Xüsusən də, evində, ailəsində toy, nişan olanlar.

Qızılın qiyməti əyyarına görə dəyişir. 750 əyyar qızıl 110 manat, 585 əyyar qızıl 78-80 manat, 583 əyyar qızıl isə 65 manata satılır. Bir neçə ay əvvəl isə qiymətlər fərqli idi.

Elçin Məmmədov satıcı: Qızılın qiymətindən danışır. Əvvəlki illərlə müqayisə edir.

Yaş, zövq və qiymətə uyğun qızıllardan 583 əyyarlısı daha çox satılır. Əsasən alıcılar el dilində "sarı qızıl" adlanan qiymətli metala üstünlük verirlər.

Atlas Babayeva satıcı: Ən çox sevilən qızılllardan danışır

Qızılın qiymətinin ucuzlaşmasına təsir edən amillərdən biri bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır. Qızılın investisiya baxımından cəlbediciliyinin azalması 9 faizə qədər ucuzlaşmaya səbəb olub.

Nərgiz Əhmədqızı