Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış baş verib. Nəticədə 4-ü hadisə yerində olmaqla, 6 nəfər ölüb. İstanbul valisi Əli Yerlikaya deyib ki, yaralı sayı 53 nəfərdir. Türkiyə Baş Prokurorluğu partlayışla bağlı araşdırmalara başlayıb.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilkin məlumatların İstanbuldakı partlayışın terror aktı olduğuna dəlalət etdiyini açıqlayıb.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə başsağlığı məktubunda qeyd olunub.
- Baxış: 382