Cəmiyyəti dərk edə bilmək üçün ailəni anlamaq lazımdır. "Ailə kiçik cəmiyyətdir" fikri, əslində əbəs yerə deyilməyib.İnsanın tərbiyə və təhsil alması, sosial mühitə açılması, düşüncələrinin və şəxsiyyətinin formalaşması ailədən başlayır. Ancaq son dövrlərdə gənclərin əksəriyyəti ayrı yaşamağa can atırlar, xüsusən də tələbələr.Kənd və kiçik şəhərlərdən təhsil almaq üçün böyük şəhərlərə gələn gənclərin öz yaşıdları ilə birlikdə qalmağa can atması daha çox müşahidə olunur. Bunun əsas səbəbi hər gün müasirlik, sərbəstlik axtarışında olan gənclərin ailə ilə yaşamaq istəməməsidir.
Artıq övladlarımız böyüdükcə onları qoruyan, qayğısına qalan ailəsindən ayrılmağa və həyatlarına istədikləri kimi davam etməyə hazırlaşırlar. İlk baxışda cəlbedici görünən bu həyat tərzi həm valideynlər üçün, həm də ayrı yaşamaqda israrlı olan gənclər üçün müəyyən problemlər yaradırmı?!
Salam adım Anardı 24 yaşım var.Tələbəyəm.Mən tələbə adını qazanana kimi valideynlərim mənə bir çox məhdudiyyətlər qoymuşdular; dostlarımla görüşmürdüm,heç bir məclislərdə iştirak etmirdim ancaq dərs oxuyurdum.Şükür ki,istədiyim universitetə daxil olmuşam.Düşünürdüm ki, “tələbə “adını qazandıqdan sonra ailəm məni sərbəst buraxarlar. Ancaq yenə də ailəmin mənim üzərimdəki basqısı davam edir.Hər şeyə qarışırlar.Dostlarımla normal vaxt keçirə bilmirəm.Evə bir az gec gələn kimi başlayırlar danlamağa.Artıq valideynlərimlə söhbət belə etmək istəmirəm.Yanlarında oturan kimi “flankəsin uşağı belə etdi, sən yox” kimi sözlərindən də artıq bezmişəm.Əlacım olsaydı özüm tək yaşayardım.Bilmirəm səhv məndədi ya valideynlərimdə, amma mən azad bir fərd kimi yaşamaq istəyirəm.Avropa ölkələrində yaşayan gənclərə baxib qibtə edirəm.
Bəzi ailələrdə gənclərin çiyinlərinə daha çox yük qoyulur, çox şey tələb edilir və bu da gənc və yeniyetməyə ağır gəlir. Bəzən valideynlər övladları ilə həddindən artıq çox maraqlandığından, hər addımını nəzarətdə saxladığından gənclər bunu təzyiq kimi qiymətləndirir və evdən qaçıb qurtulmağın yolu kimi ayrı yaşamağı istəyirlər. Bu səbəbdən də ailəsindən uzaq olmaq ona qurtuluş yolu kimi görünür. Öz gücünü sübut etmək və gələcəyini özü qurmaq istəyən gənclər bu arzunu realaşdırmaq üçün evdən ayrılmağa qərar verirlər. Səbəbi isə müəyyən təziqlərdən yaxa qurtarmaq ,azad bir fərd kimi yaşamaq və əldə etdiyi hər şeyi öz gücünə qazanmaq istəyidir.
Anar danışır…- Niyə başqa millətlərdə valideynlər öz övladlarına azadlıq verdiyi halda bizim valideynlərimiz buna etiraz edir?Nədən qorxurlar?Mən bilmək istəyirəm ailəm düzmü edir məni bu qədər axtarmaqla,hər bir qərarıma qarışmaqla?Mütəxəssislər mənə məsləhət versini xahiş edirəm.
- Baxış: 441