• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1864
— 09.11.2022 21:19

76 şəhidin xatirəsini əsərlərində əbədiləşdirən heykəltəraş

KepezTV Player

İndi təqdim edəcəyimiz sujetdə Gəncədən olan bir heykəltəraş haqqında danışacağıq. O heykəltaraş ki, vətənə, torpağa eləcə də şəhidlərə olan sevgisini özünün əl işi, sənəti ilə göstərir.

Qasım Qasımov heykəltəraş: Mən şəhidlərin heykəlini düzəltməmişdən qabaq onun müharibədə keçdiyi yolu nəzərə alıram. Özüm üçün onu mütaliyə edirəm. Onları canlandırmaq üçün birinci gözlərində olan əzəmət, şəhidlik ruhu məni cəlb edir. İstəmişəm bunu da həmişə əks eləyim.

Düz 30 ilə yaxındır ki, heykəltaraş Qasım Qasımov təmənnasız olaraq şəhidlərin heykəlini düzəldir. İstər Birinci istərsə də İkinci Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın xatirəsini əbədiləşdirir. Deyir bunu etməyi ona atası Fəxrəddin kişi vəsiyyət edib. Hazırda da bu işi qürurla, fəxrlə yerinə yetirir. İndiyə kimi 76 şəhidin heykəlini düzəldib ki, onlardan 40-ı Birinci, 36-ı isə İkinci Qarabağ müharibəsinin şəhidləridir. Bu şəhidlər isə Gəncə ilə yanaşı Şəmkir, Daşkəsən, Qazax, Tovuz, Yevlax, Mingəçevir və Bakı şəhərindən olanlardır.

Qasım Qasımov heykəltəraş: Bizim bütün şəhidlərimizin müharibədə olan dövrü bir filimdir. Onların həyat tərzi çox çətindir və onlar haqqında böyük filim çəkmək olar. Bu şəhid də Kəlbəcər rayonundandır. Məmmədov Hikmət Lətif oğlu da ikinci Qarabağ müharibəsində şəhid olub. Sadəcə bu dəqiqədə yenə zəng gəlir deyirlər. Sadəcə vaxt lazımdır ki, birini qurtarıb o birinə keçəsən.

Hazırda Gəncə şəhər Uşaq İncəsənət məktəbində təsviri incəsənət müəllimi işləyən Qasım müəllim deyir ki, şəhid əsərini yaratmaq çox çətin olmaqla yanaşı  məsuliyyətli və şərəflidir. Çünki burada şəhidin qəhrəmanlığı əksini tapmalıdır. Buna görə də bir heykəlin üzərində 2 aya yaxın vaxt sərf edir.

Qasım Qasımov heykəltəraş: Zəfər bayarmı ilə əlaqədar böyük bir formada Azərbaycan əsgərini etmək istəyirəm. Rəhbərlik hara məsləhət görərsə onu ümumi kompazisiya eləmək fikrim var.

2011-ci ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvü olan Qasım müəlimin əsərləri Beynəlxalq müsabiqələrdə də sərgilənib. Sənətkar həmçinin Azərbaycanın bir neçə bölgəsində ucalan "20 Yanavar" və "Xocalı" kompozisiyalarının da müəllifidir.

Gördüyünüz bu kompazisiya Şuşa kompazisiyası adlanır. Bu da heykəltarışın əl işlərindən biridir. Kompazisiyanın üzərində üç rəngli bayrağımız, buta həmçinin Xarıbülbül öz əksini tapıb. Şuşanın azad olunmasına həsr olunub. Heykəlatrışın arzusu da bu kompazisiyanı Şuşada görməkdir.