• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1306
— 08.11.2022 19:58

Zəfərin ikinci ildönümü coşqu ilə qeyd edilir

KepezTV Player

Xalqımızın qürurla, fəxrlər qeyd etdiyi Zəfər günü silsilə təbirlərlə qeyd edilib. Tariximizin şanlı səhifəsini yaşadığımız bu gün bizim həm də fəxrlə səsləndirdiyimiz qələbə sevincini şərtləndirir.

Zəfər Günü təntənəsi Naftalanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən stendlərə baxışla başlayıb. Müzəffər Ordumuzun cəbhədəki uğurlarının başlıca səbəbi kimi ümummili liderin siyasətinin davamı olaraq Ali Baş Komandan İlham Əliyevin güclü dövlət və ordu, milli birlik yaratmasından keçdiyinə diqqət çəkilib. Təşkil edilən sərgidə Naftlanlı Vətən Müharibəsi şəhidlərinin yağlı boya ilə çəkilən portretləri də nümayiş olunub. 44 günlük savaşda Naftalandan neçə-neçə vətənpərvər gənc haqq savaşına qoşulub və onlardan 4 nəfəri qəhrəmancasına şəhid olub. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir konsert proqramı ilə davam edib.

Samuxda baş tutan ümumrayon tədbiri Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Kompleksini ziyarətlə başlayıb. Zəfər Gününə həsr edilən sərgi ilə tanışlıqdan sonra Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyinə, bununla haqq və bəşəri ədalətin bərpa edildiyinə diqqət çəkilib. Qalib xalqın dövlət başçısının ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü göstərdiyi vurğulanıb. Bayram münasibətilə təşkil edilən bilik və idman yarışlarında qalib olanlara diplomları və hədiyyələr təqdim edilib. Məktəblilərin ifasında ədəbi-bədii kompazisiya dinlənilib, bayram konserti təşkil olunub.

Kəlbəcər ictimaiyyəti də rayonun Vətən müharibəsində şəhid olan oğularının xatirəsini yad edərək Kəlbəcər şəhidləri abidə kompleksinə yürüş ediblər. Azərbaycan ordusunun 44 günə sığan zəfər yolundan söz açılıb, Qarabağ qələbəsinin şərəf tarixinə çevrildiyinə diqqət çəkiblər. Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanın düşmən taptağından qautarılması ərazi bütövlüyünün bərpa edilməsinə və qarşı tərəfin təslim aktını imzalamasına əsas yaratdı. Vətən müharibəsində Kəlbəcər 35 şəhid verib, 90 nəfər rayon sakini qazi olub.