KepezTV Player
Gəncə şəhəri Dədə Qorqud küçəsində yaşadığı evdən meyiti aşkar olunanan 1929-cu il təvəllüdlü Gəncə şəhər sakini Yelifolida Strelkovanın uzun illər əvvəl vəfat etdiyi bildirilib. Mənzildə tək yaşayan Y.Strelkovanın uzun illər ərzində yoxa çıxması, son günlərdə isə məhumun evindən aşağı mərtəbəyə su sızması qonşularda şübhə yaradıb. İki gün əvvəl isə eyni binada yaşayan qonşunun müraciəti əsasında hüquq-mühafizə orqanları mənzilə baxış keçirib. Baxış zamanı ev sahibi - Yelifolida Streklovanın sümükləri aşkar olunub. İddia olunur ki, qadın uzun illər əvvəl vəfat edib. Tapılan sümüklər Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 444