Bu gün səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb. Nəticədə F. Qasımov və sərnişinləri Nuranə Hüseynova və Günay Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, 2005-ci il təvəllüdlü Nuranə Hüseynovanın bu gün toyu olacaqmış, onlar gözəllik salonuna gedən zaman qəzaya düşüblər. Xəyalə və Günay Hüseynovalar isə onun əmisi qızlarıdır.
Avtoqəzada ata ölüb, oğlu xəsarət alıb
Tovuzda da ölümlə nəticələnən yol qəzası baş verib. Şəhərin Eldəniz Quliyev küçəsində VAZ 2107 ilə mikroavtobus toqquşub. Nəticədə VAZ-da olan Tovuz rayonunun Bayramlı kənd sakini - 1976-cı il təvəllüdlü Alıyev Asif Mansır oğlu hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 2001-ci il təvəllüdlü Alıyev Mansır Asif oğlu və 1981-ci il təvəllüdlü İsgəndərov Bayram Mayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Qəza səhər saatlarında olduğuna görə sərnişin mikroavtobusu boş olub.
Çimnaz Quliyeva həkim: Bu gün səhər 8-ə 20 dəq qalmış avtoqəza nəticəsində xəsarət daxil olmuşdur üç nəfər. Biri həlak olmuşdu, morqa qoyuldu. İki nəfərə yardım göstərildi. Təcili onlara UZİ, rentgen olundu. Ağır vəiyyətdədir. Biri hələ qan qusur. O birisində də vəziyyət ağırdır. Müalicələr hələ davam etdirilir.
- Baxış: 462