• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 07.11.2022 21:44

Peşə məktəblərində Zəfər Günü qeyd edilib

KepezTV Player

Zəfər günü Gəncə və Göygöldə fəaliyyət göstərən peşə məktəblərində də qeyd olunub. Ticarət və xidmət üzrə Gəncə Dövlət peşə təhsil mərkəzində keçirilən tədbirdə müharibə iştirakçılarının, qazi və şəhidlərimizin qəhrəmanlığından bəhs olunub. Zəfəri şərtləndirən Şuşa qələbəsinin müharibənin gedişində həlledici roluna toxunulub. Tələbələrin vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, oxuduğu mahnılar maraqla qarşılanıb.

Göygöl Peşə məktəbində də Zəfər gününə həsr olunan tədbir baş tutub. Təhsil ocağının həyətində reallaşan yığıncaqda Ali Baş Komandanın uzaqgörən siyasətindən, Ordumuzun rəşadətindən söz açılıb. Bədii hissədə qələbəmizlə bağlı şeirlər söylənilib. Ardınca peşə məktəbinin qazi tələbələrinə Zəfər bayramı münasibətilə hədiyyələr verilib. Sonda tələbələr tərəfindən Şuşa yazısı təsviri əks olunan fleşmob təşkil olunub.