• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 06.11.2022 20:03

Yol polisini bıçaqlamaq istəyən sərxoş sürücü saxlanılıb

KepezTV Player

Şəmkirdə yol polisini bıçaqlamaq istəyən sərxoş sürücü saxlanılıb. Hadisə Çinarlı kəndi ərazisində baş verib. Hərəkətdə olan VAZ 2106 markalı avtomobildə işıq cihazlarının istifadə qaydasının pozulmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları tərəfindən sürücü, Şəmkir sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Əli Hüseynova saxla işarəsi verilib. Yol polisi sürücüyə yaxınlaşaraq, özünü təqdim etdikdən sonra saxlama səbəbini izah eləyərkən xoşagəlməz hal yaşanıb.