• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1082
— 05.11.2022 21:51

Mollanı əmmamələməlimi?

KepezTV Player

Bir dəfə italiya səfiri Mustafa Kamal Atatürkün yanına gələrək hökumətinin Türkiyənin təslim olmasını tələb etdiyini deyir. Atatürk səfirdən icazə alaraq başqa otağa keçir və görüşün keçirildiyi otağa hərbi formasında qayıdır. Səfir Atatürkdən bir söz eşitmədən vəziyyətin nə oıduğunu anlayır və otaqdan çıxır. tarix kitablarında bu Ataürkün dilindən: “mənə əsgər çəkmələrimi geydirməyin" kimi düşür. Bunu nə üçün deyirəm? 2020-ci ildə vətən müharibəsi başa çatdıqdan sonra Bakının dilindən bir söz eşidirik! müharibə bitib. Sülh zamanıdır. Amma sülh gəlmir. Erməni bir tərəfə, iran belə üzərimizə kəkələnir. Hədəfə alır, çarəsi olsa atəş də açar. Amma cürəti çatmır. 
- İran qüdrətini göstərmək üçün ordusunu bizim Sərhədlərimizə yığmışdı. Arazda quş-quşlayıb, ov-ovlamaq istəyən özünü islamın gözətçisi hesab edən nəfərlər indi başa düşüblər ki, yaman quşlaıblar. Köhnə palan içi tökmək olmasın amma artıq həqiqətən ayılmaq zamanıdır Ağalar!
- Çətin ayılalar amma. 40 ildən artıqdır qəflətdə olan molla rejimi indi bizə din dərsi verir, kafir mömin ayrıseçkiliyi edir. Qafqazın Şeyxülislamı Hacı Allahşüükür Paşazadənin dediyi kimi: bəs qiyamətdə bunun haqq-hesabını necə verəcəklər? Müsəlman qardaşlarının haqqını yediklərinə görə cavabları qəbul olacaqmı?!
- Açıq etiraf edək Şeyxin son müsahibəsi bir çoxları üçün gözlənilməz oldu. Bəli, Şeyx həzrətləri dövlətçilik məsələlərində hər zaman prinsipial mövqe göstərib amma iranla münasibətlərin ən həssas dövrlərində belə Şeyx heç bir zaman bu qədər sərt olmayıb. əslində bu da Tehrandakı mollalar üçün siqnal olmalıdır. Amma nə gördük?!! Şeyxüislamın dedikləri hara, İran mollalarının münasibəti hara. Şeyxə ləkə yaxmağa başlayıblar. O Şeyxə ki, iranın ali ruhani liderinin Bakıdakı nümayəndəsini ən əziz qonağı, qardaşı kimi qarşılayırdı. Namazı bir qılar, dualarımızı bir ağızdan oxuyardılar. Amma bir gün eşitdik ki, OcaqneJad ağa artıq yoxdur. Ocağını söndürüb gedib. Görüb ki, artıq atı da oynamır, iti də gedib, ipini də itirmək üzrədir.
- Artıq neçənci dəfədir ki, təkrar edirik: İranla Azərbaycan arasında gərginliklər yaşanıb, dövri olaraq qarşılıqlı ittimlar səsləndirilib, amma ikitərəfli münasibətlərimiz heç vaxt indiki kimi tarıma çəkilmiş vəziyyətdə olmayıb. İplər qopmaq üzrədir amma bunu günahkarı Bakı deyil. İndi açıq gözlə münasibətlərdəki çatları görmək mümkündür. Və ən pisi odur ki, bu çatlar artıq bünövrəyə də sirayət edib. Təbriz və Ərdəbildə indi dinclik yoxdur. Cənubi Azərbaycan yeni oyanışa bənddir. Küçələr Azərbaycan deyə inim-inim inildəyir....

- Bir neçə gün əvvəl Azərbaycan və İranın Xarici İşlər nazirlər telefonda danışarkən bildirilmişdi ki, iran parlamentinin sədri Bakıya səfər edəcək. Gözlənilirdi ki, ölkəsinin nüfuzlu siyasətçisini bu səfəri gərginliyin azalmasına tərəflərin bütün narazı məsələləri masaya qoyaraq ən azından hər şey üçün gec olmadığına, müzakirə yollarının tükənmədiyinə köməklik edər. Həm də İran xarici işlər nazirinin Ermənistana, ermənistan baş nazirinin isə Tehrana səfərindən sonra iranın borcu idi ki, ən azından üzdə də olsa balansı qorumaq üçün Bakıya səfər etməyə məcbur idi. Amma son məlumata görə səfər təxirə salınıb. Yəqin, Qalibafı küsdürən iki amil olub.
- Birincisi bu günlərdə Dövlət təhlükısizlik xidməti iran casus şəbəskəsini aşkar edib. Xidmətin hazırladığı press-relizdə hər şey o qədər dəqiqliklə göstərilib ki, Tehran hələ ki, özünə gəlib reaksiya da verə bilmir. Dövlət Təhlüksəzlik Xidmətinin açıqlamasında diqqət çəkən məqamlardan biri də o idi ki, iran o qədər arxayın olub ki, gördüyü qanunsuz işlər üçün Səfirliyə təhkim edilmiş nəqliyyat vasitələrdən də istifadə edib. Bu isə çox ciddi faktlardan biridir. Bu iranın Azərbaycanda ifşa edilmiş neçənçi agentura şəbəkəsidir, demək çətindir. Yeri gəlmişkən rəsmi Bakı bir müddət əvvəl iranda Azərbaycanın əleyhinə təbliğat aparan azərbaycan vətəndaşlarının siyahısını təqdim edib. Amma farsın sözü “çe fayda”...
- Səfərin təxirə salınmasının ikinci bəlkə də ən başlıca səbəbi yəqin ki, Azərbaycan Xüsusi Təyinatlılarının cənub sərhədlərimizə yaxın ərazilərdə təlimlərə başlamasıdır. Bunu iran dəqiq gözləmirdi. Bütün dünya bu gün Azərbaycan xüsusi təyinatlısının şücaətindən danışır! İndi onların apardığı əməliyyatlar, keçirdiyi təlimlər dünya hərb dərsliklərinə salınır. Bu dərsi yəqin iran hərbçiləri də keçir. Bizim ordu molla rejimindən fərqli olaraq nə klip çəkdirməyə həvəslidir nə də mahnı oxuyub, söz atmağa....Bir də ki, ordu söz yox GÜLLƏ ATAR!