• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 05.11.2022 21:47

Beynəlxalq olimpiadalarda iştirak edən şagirdlərin sayı artıb

KepezTV Player

Müasir dövrün təhsil sahəsində ən prioritet trendlərindən biri hərtərəfli, yüksək intellektli, XXI əsr bacarıqlarına sahib insan potensialının yetişdirilməsidir. Çağdaş dövrün innovativ düşüncəli, tədqiqatçılıq qabiliyyətli mütəxəssis potensialı isə məhz təhsil sistemində hazırlanır. Təhsil müəssələrinin şagirdləri arasında keçirilən şəhər, respublika və beynəlxalq olimpiadalar isə şagirdlərə əlavə situmul olur. Son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən yüksək intellektli gənclərin formalaşmasına münbit zəmin yaradıb. Bu istiqamətdə mühüm addımlardan, şübhəsiz ki, son illərdə ölkəmizdə geniş vüsət almış fənn olimpiadaların, beynəlxalq bilik yarışlarının öz yeri var. Olimpiadalar azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 fənn üzrə keçirilir. Və hər il bu yarışlarda iştitakçı sayı daha da artır. 
Raminə Məmmədova - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: Hər tədris ilində elm və təhsil nazirliyinin təşkilatçılığı ilə respublika fənn olimpiadaları keçirilir.respublika fənn oimpiadaları məktəb, şəhər respublikası mərhələsi olaraq müəyyənləşdorirlir. Bu tədris ili yəni 2022 ci ildən ik dəfə 9 10 11ci sinifflərdən başqa 8ci sinif şagirdləri də iştirak edə biləcəklər.fənn olimpiadalarının keçiriləsində məqsəd şagirdlərdə rəqabətliliyi artırılması onlıarın fənlərə marağının yüksəldilməsidir.respublika fənn olimpiadaında iştirak edənlərin sayı daha da artır.
Olimpiadalarda ətraf regionlardakı məktəblərdən də qaliblərin olması, bölgələrdə təhsilin keyfiyyətinin artdığını göstərir. Gəncə Fizika riyaziyyat və informatika təmayüllü liseyin məktəblisi Fidan Hüseynova da respublika və beynəlxalq olimpiadaların medalçısıdır.
Fidan Hüseynova - olimpiadanın gümüş medalçısı: 8ci sinifdən olimpiadalara hazırlaşıram. Ilk dəfə respublika fənn olimpiadasında iştirak eləmişdim. Və informatika fənni üzrə qızıl medal almışdım respublika fənn olimpiadalarında.10 cu sinifdə isə ilk beynəlxalq olimpiadamı İATİ beynəlxalq payız turnametində gümüşmedal almışdım İkinci medalımı azərbaycan respublikası tərəfindən keçirilən ilk beynəlxalq olimpiada lütfüxzadə adına olandan bürüc medal qazanmışdım.
Gəncə məktəblisinin son uğuru isə Türkiyədə keçirilən Avropa Qızlar İnformatika Olimpiadasında olub. 11-ci sinif şagirdi 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.
Fidan Hüseynova - olimpiadanın gümüş medalçısı: Sonuncu beynəlxalq olimpiadada isə adı avropa olimpiadası olsa da avropada ilə yanaşı kanada və amerikadan da olanlar var idi. Medal alacağımı düşünürdüm, ancaq bilmirdim 1,2 ya 3 cü yer olacaq.və nəticəmə görə güşüm medala layiq görüldüm. Mən gələcək təhsilimi amerikada yada başqa avropa ölkələrində davametdirmək istəyirəm. Çünkli ölkəmçizi xaricin ölkələrdə daha yaxşı təmsil etmək istəyirəm. Həmçinin bir mütəxəsisi kimi azərbaycana qayıdıb növbəti nsillərə də bu nilikləri ötürmək istəyirəm.
Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.