• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 05.11.2022 21:08

Prezident İlham Əliyev şəhid olmuş bir qrup hərbi qulluqçunu təltif edib

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş bir qrup hərbi qulluqçu ölümündən sonra “Azərbaycan Bayrağı”, 3-cü dərəcəli “Rəşadət”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayıl", "Xocavənd", “Füzuli” "Zəngilan", “Qubadlı", “Şuşa” və “Laçının azad olunmasına görə” medalı ilə təltif ediliblər.