• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 05.11.2022 19:31

Gorandoyda güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən regional təhsil idarəsinin tədbirlər planına uyğun olaraq Goranboyda güləşin yunan-Roma növü üzrə açıq rayon birinciliyi keçirilib. Yarış 8 noyabr Zəfər Gününə həsr olunub. erli Olimpiya İdman Kompleksində baş tutan birinciliyin açılış mərasimdə rəsmilər 44 günlük Vətən müharibəsində ordumuzun düşmən üzərindəki şanlı zəfərdən danışıblar. Uzun illər işğal altında olan torpaqlarımızın azad olunmasında Goranboy igidlərinin də böyük rolunun olduğu diqqətə çatıdırılıb. Hər il noyabrın əvvəlindən etibarən Zəfər günü ilə bağlı bir çox tədbirlərin təşkilinin artıq ənənə halı aldığı və bu yarışın da qələbə günümüzə töhfə olduğu bildirilib. Rəsmi hissənin ardından mübarizələr başlayıb. 8 şəhər və rayondan idmançıların iştirak etdiyi yarışda 200-dən çox güləşçi döşək üzərinə çıxıb. Goranboy, Gəncə, Samux, Yevlax, Mingəçevir, Xocalı və Kəlbəcər təmsilçilərinin qüvvəsini sınadığı birincilik 10 çəkidə 2 yaş qrupunda reallaşıb. Zəfər Günü münasibətilə reallaşan açıq birinciliyin sonunda yer tutan güləşçilər mükafatlandırılıblar. İlk 3 pillədə qərarlaşan idmançılar medal və diplomla təltif ediliblər.