KepezTV Player
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib. İlk olaraq 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi yarımfinalda macarıstanlı Attila Unqvariyə qalib gəlib. O, qızıl medal uğrunda belçikalı Mattias Kasse ilə görüşəcək. 73 kq-dakı Hidayət Heydərov isə ispaniyalı Salvador Rokaya qalib gələrək finalda kanadalı Artur Margelidona rəqib olub. Böyük Dəbilqənin ilk günündə milli üzvlərindən Balabəy Ağayev qızıl, Kəramət Hüseynov və Orxan Səfərov bürünc medal qazanıb.
- Baxış: 387