• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 05.11.2022 18:46

Ağstafada Zəfəri yaşadanların xatirəsi əbədiləşdirilib

KepezTV Player

Ağstafada Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Rayondan olan şəhidlərin xatirə lövhələri xə "Xarı bülbül" abidəsinin yer aldığı “Torpağına canım qurban Azərbaycan!” adlı abidə kompleksinin açılışı ilə başlayan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını bildirib. "Zəfəri Yaşadanlar" adlı tədbirdə 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsində ordu-xalq-dövlət birliyinə diqqət çəkilib. Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışılıb, Qarabağın baş tacı olan Şuşanın azadlığının zəfəri şərtləndirdiyi vurğulanıb. Tədbirdə məktəblilər və mədəniyyət işçiləri ədəbi bədii kompozisya ilə çıxış ediblər. Eləcə də dəmir yumruğun əks olunduğu və Qarabağ sən azadsan sözləri canlandırılan fləşmob keçirilib.