• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1397
— 05.11.2022 18:41

Gəncədə şəhid ailələri və qazilərlə görüş olub

KepezTV Player

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinin, həmçinin sağlamlıqlarını itirən müharibə iştirakçılarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli sosial siyasətin tərkib hissəsidir. Gəncədə yaşayan şəhid ailələri və qazilərlə şəhər rəhbərliyinin mütəmadi görüşləri də onların qayğılarının qarşılanmasına xidmət edir. İcra başçısı Niyazi Bayramovla növbəti belə görüşdə bu kateqoriyadan olanların müraciət və təklifləri dinlənilib. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin tikintisi və təmiri, müalicə üçün müvafiq köməkliyin göstərilməsi, işlə təminat kimi məsələlər təşkil edib. Dilə gətirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilib.