• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 04.11.2022 20:11

Balıq alarkən diqqət etməli olduğumuz məqamlar

KepezTV Player

Deyirlər, hansı ayda “r” hərfi yoxdursa, o ay balıq yeyilməz. İnsanlar bu deyimin yanlış olduğunu bilsələr də, onlar üçün balıq mövsümü payızdan başlayır. Amma bu, o demək deyil ki, hansısa ayda “r” hərfi varsa, insanlar ağına-bozuna baxmadan balıq alıb yeyə bilər. Balığın təzə olmasına da xüsusi diqqət edilməlidir. Qarşıdakı sujetdə daha ətraflı danışacağıq.

Balıq satışı məntəqələrində canlanma yaz, payız və qış mövsümlərində müşahidə olunur. Alıcılar sentyabr ayından etibarən bu məhsulu almağa başlayırlar. Bəs balıq alarkən nəyə diqqət etmək lazımdır?

Dəniz məsulları yüksək qida dəyərliliyinə görə digər protein məhsullarından özünəməxsusluğu ilə seçilir. Balıq ətinin tərkibində zülallar, yüngül həzm olunan yağlar, B qrup vitaminləri, az miqdarda C vitamini və faydalı bir çox mineral maddələr mövcuddur. Tərkibindəki vitamin və mineralların immun sistemin güclənməsində rolu böyükdür.

Mütəxəsislər deyir ki, balıq alarkən diqqətli olmaq lazımdır. Sanitariya-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı insan orqanizmi üçün ciddi fəsadlar yarada bilər. Növündən asılı olmayaraq balıq, həmçinin balıq konservləri alarkən saxlanma şəraitinə və temperaturuna diqqət yetirilməlidir.

Balıq məhsullarının növündən asılı olaraq onların saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir. Belə ki, ilin isti vaхtlarında müvafiq şəraitdə təzə balığı mağazada 24 saat, soyuq vaхtlarda 48 saat saхlamaq olar.