• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1747
— 22.09.2018 16:39

Gəncə və Şəmkirdə baytarlar profalktik tədbirləri davam etdirir

KepezTV Player

Kənd Təsərrüfatı nazirliyi ynaında Dövlət Baytarlqı Xidmətinin tədbirlər planına əsasən Gəncə şəhər Baytarlıq İdarəsinin həkimləri şəhər ərazisində mövcud olan təsərrüfatlarda saxlanıln iri buynuzlu heyvanları dabaq əlehinə peyvənd edirlər. Bu məqsədlə xidmət tərəfindən sahə baytar həkimlərinə kifayət qədər dərman preparatları və digər zəruri invenatlar göndərilib. Proses soyuq zəncir prinsipinə əməl edilməklə aparılır. Bu işdə şəffaflığın qorunması əsas götürülür. Bu günədək təsərrüfatların bir çoxunda peyvəndləmə işi başa çatdırılıb. Proses ayın sonunda tam yekunlaşacaq. Hal-hazırda Gəncədə 1500 baş iri buynuzlu, 4000 baş isə xırda davar bəslənilir.

Xəyal Zeynalabdıyev Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi: Tək bu təsərrüfatda deyil. Bu tədbirlər şəhər ərazisində qeydiyyatda olan bütün təsərrüfatlara şamil olunur. Bildirmək istəyirəm ki şəhər ərazisində bu günədək heç bir yolxucu xəstəlik aşkarlanmayıb. Epizootik durum sabitdir.

Yusif Məmmədov fermer: İndiyədək xəstəliyə rast gəlməmişik. Vaxtlı-vaxtında dərman iynə vurulur. Dabaq qarayara bruseolloz əelhinə peyvənd edilir. Hələ bizdə elə bir narahatlıq olmayıb. 60 baş sağmal 40 baş isə ətlik heyvanım var.

Şəmkirdə də yerli baytar həkimlər dabaq əlehinə peyvəndləmə kompaniyasını davam etdirir. Bu məqsədlə Dövlət Baytarlıq Xidməti tərəfindən rayona 48 min 500 doza vaksin göndərilib. Artıq baytar həkimləri müxtəlif kənd və qəsəbələrdə 40 min başa yaxın hevanı peyvənd ediblər. Ayın sonunadək rayon Baytarlıq İdarəsində qeydiyyatda olan 61 min baş iri buynzulu heyvanın dabaq əlehinə peyvən dedilməsi planalşdırılır. Şəmkirdə iri buynuzlu heyvanlarla yanaşı 284 min xırda davar da bəslənilir. Bu heyvanların müayinə və müalicəsi ilə 16 baytar sahə məntəqəsinin həkimləri məşğul olur.

Məmməd Qasımov Şəmkir rayon Baytarlıq İdarəsinin rəisi: Şəmkir rayon Baytarlıq İdarəsinin həkimləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin 2018 ci il üçün nəzərdə tutduğu bütün tədbiləri tam yerinə yetirib. Dabaq qarayaraq bruselloz və digər xəstəliklərə qarşı peyvənd və dezinfeksiya işləri aparılıb. Epizootik durum sabitdir. Heç bir yolxucu xəstəlik aşkarlanmayıb.

Natiq Hüseyn