Artıq bir neçə gündür ki, avtomobillərin icbari sığortasında yeniliklər qüvvəyə minib. Artıq sürücülər avtomobillərinə dəyən ziyana görə sığorta haqqını zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə ala biləcəklər. Bunun necə reallaşacağını sujeti izləməklə biləcəksiniz.
Noyabırın 1-dən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qayda qüvvəyə minib. Yəni zərəçəkinin sığorta ödənişi avto-icbari sığorta şəhadətnaməsini aldığı sığorta şirkəti həyata keçirəcək.
Yeni qaydalara görə dəymiş ziyan sğorta şirkəti tərəfindən 10 iş günü çərçivəsində ödənilir. Bununla da sürücü ilə şirkət arasında olan süründürməçilik eləcə də yubanmalar aradan qalxır.
Yol nəqliyyat hadisəsi zamanı zərərin qiymətləndirlməsi üçün müstəqil ekspertlər də cəlb oluna bilər. Bununla bağlı qanunvericilikyə yeni dəyişikliklər də nəzərdə tutulur. Qaydaları pozan sığorta şirkətlərinə qarşı isə qanun çərçivəsində müəyyən sanksiyalar tətbiq oluna bilər.
Elnur Vahidoğlu
- Baxış: 350