• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1851
— 04.11.2022 20:09

Yağmır yağış, bitmir...

KepezTV Player

Artıq iki aya yaxındır Respublikanın qərb bölgəsində hava quraq keçir. Bundan isə ziyan görən ən çox kənd təsərrüfatı ilə məşğul olanlardır. Əsasən də dəmyə şəraitində məhsul becərənlər.

Qərb bölgəsinin ən çox dəmyə torpağında məhsul yetişdirilən rayon Göygöldür. Burada əkinə yararlı 13 min ha-dan artıq torpaq sahəsinin 5 mindən çoxundan dəmyə şəraitində məhsul əldə edilir. Hər il fermerlər, torpaq mülkiyyətçiləri dəmyə torpaqlarında əkdikləri sahələrdən bol məhsul götürürlər. Lakin bu təsərrüfat ilində gözləntilər özünü doğrultmaya bilər.

Hazırda rayonun 20-ə yaxın kəndində 30-da artıq torpaq mülkiyyətçisi ümumilikdə 3264 ha ərazidə payızlıq səpin aparıb. Əkilən bu sahələrin 2880 ha-ı dəmyədir.

Burada Göygöl rayonun dəmyə üsulu ilə əkilən torpaq sahələrindən biridir. Bir ay bundan əvvəl bu əraziyə taxıl səpilib. Lakin göründüyü kimi heç bir taxılın bitişi isə yoxdur.

Havanın bu cür quraq keçməsi isə sahələrdə gəmiriciləri, ziyanvericiləri də fəallaşdırıb. Torpaq şumuna hücum çəkən bu ziyanvericilər məhsulun inkişafına mane olur. Bunun aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Yaşanan bu problem melioratorların da işini artırıb. Su itkisinə yol verməmək üçün arx və kanallarda təmir-bərpa işləri sürətləndirilib. Əkin sahələrin suvarılması üçün süni göllər də yaradılır.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, yaxın günlərdə havanın quraqlıq  keçməsi dayanacaq. Ayın 5-dən yağış yağacaq, dağlarda qar və sulu qarın yağması gözlənilir.

Elnur Vahidoğlu