• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2448
— 04.11.2022 20:03

Məktəb-lisey istifadəyə hazırlanır

KepezTV Player

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Qazaxda bir neçə məktəb əsaslı şəkildə yenidən qurulur. Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey də bu sıradandır. 1 ilə yaxındır inşası davam edən təhsil ocağında işlər başa çatmaq üzrədir.

Dövlət başçısının müvafiq sərəncamı ilə məktəb-liseyin yararsız binası sökülərək yerində 700 şagird yerlik yeni bina inşa olunur. Müasir standartlara cavab verən məktəb binası 4 korpusdan ibarət olacaq. Tədris, köməkçi və idman korpusların biri 4, 2-si 3, biri isə 1 mərtəbəlidir. Hazırda tikilidə son tamamlama işləri yerinə yetirilir. Fasadda rəngsaz işləri aparılır, binanın daxilində isə yerə kafel-metlaq döşənir, dəhliz və otaqlarda divarlar hamarlanır. Bundan başqa məktəbin həyətyanı sahəsi abadlaşdırılır. Tikilidə şagirdlərin daha yaxşı şəraitdə təhsil almalarına  hər cür şərait yaradılır.

Demək olar ki, məktəbdə tikinti işlərinin böyük qismi həyata keçirilib. İnşaat sürətlə gedir və işlərin ən qısa zamanda təhvil verilməsi üçün işçi qüvvəsi səfərbər edilib.