• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2131
— 04.11.2022 16:12

Tələbələr fləşmobda "Dəmir Yumruq" təsviri yaradıblar

KepezTV Player

Azərbaycan Texnologiya Universitetinin tələbələri Zəfər Günü münasibətilə Gəncənin Heydər Əliyev Park Kompleksində Dəmir Yumruq fləşmobu təşkil ediblər. Zəfər Tağının qarşısında Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğunu əks etdirən fləşmobda Dövlət Himni ifa edilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub. Fləşmobu seyr edənlər şanlı Zəfər Günündən, prezident İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixində iz qoyan müharibədən,  ordumuzun gücü və əsgərlərimizin rəşadətindən, Şuşa əməliyyatından danışıblar. Azərbaycan Texnologiya Universitetinin onlarla tələbə və məzunu 44 günlük Müharibədə şücaət göstərib.