• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 04.11.2022 16:01

Zəfər Gününün ikinci ildönümü qeyd olunub

KepezTV Player

Goranboy rayonunda Zəfər Günü ilə bağlı tədbir keçirilib. Şəhid ailələri, qazilərin də iştirak etdiyi tədbir vətənpərvəlik ruhunda çəkilən rəsm əsərləri, eləcə də kitabl sərgisinə tamaşa ilə başlayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində Qələbə çalınaraq tarixi ədalətin bərpa etməsindən danışılıb. Vətən müharibəsində qazanılan tarixi qələbə ilə hər bir azərbaycanlının fəxr etdiyi vurğulanıb. Tədbirdə Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunduqdan sonra rayonun musiqi və incəsənət ustaları vətənpərvərlik ruhunda mahnılar səsləndirib, şerlər oxunub.