• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2340
— 04.11.2022 12:19

“Zəfərin mübarək, Vətən!” konfransı keçirilib

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsi ilə birlikdə “Zəfərin mübarək, Vətən!” mövzusunda konfrans keçirib. Xidmətinin Kəpəz rayon Şöbəsini  rəisi Elşən Abbasov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunmasından söz açıb. 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbədən, gənclərin ordu sıralarına səfərbər olmasında xidmətin fəaliyyətində danışıb. Çıxışlarda Zəfər tariximizin yazılmasında böyük rolu olan dövlət-xalq-ordu birliyindən söhbət açlııb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurlu davam etdirdiyi siyasətin müharibənin Zəfərlə yekunlaşmasını şərtləndirdiyi vurğlanıb. Gənclərə Vətənin sərhədlərini şərəf və rəşadətlə qorumaq tövsiyə olunub. Tədbirdə şəhid övladları ordumuz, vətənimiz və şanlı zəfərimizlə bağlı şerlər səsləndiriblər. Sonda Vətən müharibəsində iştirak edən təhsil müəssisələrinin hərbi rəhbərləri fəxri fərmanlar, Vətən müharibəsinin iştirakçılarına isə təltif olunduqları medallar təqdim olunub.