• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2395
— 03.11.2022 21:23

İran ermənilərlə ticarəti mənəviyyətdən üstün tutdu

KepezTV Player

İranda müsəlmana edilən zülmi anlamayandan qardaş yox, qara daş ola bilər

İran rejiminin hərəkəti günahla yanaşı, cinayətdir

İranda, edilən zülmi anlamayanlardan bizə qardaş yox, qara daş ola bilər və belələrinin antiazərbaycan addımları günahla bərabər, cinayətdir. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov televiziyamıza müsahibəsində İranın erməni sevgisindən, mövcud rejimin Azərbaycana qarşı antiislam siyasətindən danışıb.

Hacının dualarına amin deyirik, amma açığı islam dünyasının vəhdətliyindən əmin deyilik. Gəlin Qurandan bir ayəni xatırlayaq və xatırladaq, Doğrusunda möminlər bir-birlərilə qardaşdılar, onda qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki, Allahın rəhmətinə gələsiz. Amma nədənsə İran mollaları Allahın rəhmətinə yox, lənətinə doğru gedirlər. Amma doğru getmirlər. Azadlıq istəyən xalqa zor tətbiq edənlər güman ki, İslamda məcburiyyət yoxdur həqiqətindən də bixəbərdirlər. Adına İslamı yanaşdırıb, amma İslam həqiqətlərindən çox uzaq olan molla ölkəsində baş verənlər bizim də beynimizdə bir bədgüman yaradır... İndi deyin görək, mollanı əmmamələməlimi, yoxsa əmmamələməməlimi ?!