Dünya rəngarəng, insanlar isə daha müxtəlifdir. Bu çalarları fərqli olan həyatda hər kəs istəyir ki , dünyaya təmiz bir pəncərədən baxsın. Ancaq bəzən o rənglərin həyatımıza çox böyük təsirləri olur. Məsələn, göz rəngimizin, saç rəngimizin...Bu kimi nüanslar ətrafımızdakı insanların bizə olan diqqətini daha çox cəlb edir. Elə bir az da göz rəngimizdən danışaq. Bu gün dünyada milyonlarla insan göz rənginin çalarlarının daha fərqli və bəzən də hamıdan seçilməsini istəyir. Nunun üçün də ara-sıra linzalardan istifadəyə önəm verirlər. Ancaq maraqlıdır, görəsən insanlar öz göz rənglərindən razıdırmı? Digər orqanlarımızdan fərqli olaraq gözlərimiz daha həssasdır. Ancaq çox zaman biz onun həssaslığını və zərif olduğunu anlamadan kənardan bəzi müdaxilələr edərək göz rəngimizdə dəyişiklik etməyə çalışırıq. Araşdırmalar onu göstərir ki, hər 10 nəfərdən 7-i göz rənginin dəniz mavisi və ya açıq yaşıl rəngdə olmasını arzulayır.
- Baxış: 692