• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 992
— 02.11.2022 20:03

Zərərli olan "fast food"a niyə istiqamətlənirik?

KepezTV Player

Amerikadan bütün dünyaya sürətlə yayılan bir qidalanma üsulu olan “fast food” ölkəmizdə xüsusilə uşaqlar və gənclər arasında sevilməkdədir. İnsanların belə sürətlə hazır yeməklərə istiqamətlənməsi xoşa gəlməyən nəticələrin, ələxsus da sağlamlıqla bağlı problemlərin meydana çıxamasına əsas yaradır.

Fast food qida rasionumuzun ildən-ilə böyük bir hissəsini təşkil edir və özü ilə bərabər fəsadlarını da həyatımıza gətirir. Fast food “hazır yemək” olaraq adlandırılsa da, tam tərcüməsi “sürətli yemək”dir. Yəni müştərilər üçün bufet, restoranlarda və ya səyyar satıcıların təqdim etdiyi sürətlə hazırlanan və ya paket edilmək üzrə satılan yeməklər başa düşülür. Bu qidalar həyatımızı asanlaşdırsa da təəssüflər olsun ki, sağlamlığımıza da yetəri qədər ziyan vurur.

Bəs maraqlıdır həyatımızın mərkəzində yer alan fast foodu qida rasionumuzda necə azalda bilərik? Hazır yeməkləri nələrlə əvəz eləsək daha faydalı olar?

Əksərən belə mövzularda həkim məsləhətlərinə səthi yanaşılsa da, sağlamlığımızın keşiyində ayıq sayıq dayanmaq üçün deyilənlərə riayət etməliyik. Normal qidalanaraq sağlamlığımızı itirməmiş onun dəyərini bilək.

Nərgiz Əhmədqızı