• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1804
— 02.11.2022 20:18

Qida yağlarının qiyməti kəskin artıb

KepezTV Player

Son dövrlər müşahidə olunan qiymət artımı ərzaq və qeyri ərzaq məhsullarından da yan keçmir. Bahalaşma həm ölkədə istehsal olunan həm də xaricdən idxal edilən məhsularda müşahidə olunur. Xüsusən duru və kərə yağlarında 2 hətta 3 dəfəyə qədər qiymət artımı var.

Gündəlik tələbat malları sırasında yer alan yağlar növündən, marka adından asılı olaraq 30 manata qədər alıcılara təklif edilir. Marketlərdə ötən aya qədər 1 kq-lıq kərə yağlarının qiyməti 20 manata qədər idisə, indi 30 manat həddindədir. Eyni vəziyyət duru yağlarda da müşahidə olunur.

Ailə büdcəsinə təsirsiz ötüşməyən bu hal alıcılıq qabiliyyətinə təsir göstərməklə satışı azaldıb. Qiymət artımı topdan satışda baş verdiyindən mağazalar da məhsulu baha satmaq məcburiyyətindədirlər.

Bəs qiymət artımına səbəb nədir və bu hal nə vaxta kimi davam edəcək suallarına isə bir neçə cavabı var. Mütəxəsislərin sözlərinə görə buna -dünya bazarında qeyri sabitlik, Azərbaycanın xammal təminatında idxaldan böyük dərəcədə asılılığı və yerli istehsalın az olması kimi amillər təsir edir.

Yaranan vəziyyət yerli istehsalın həcmini artırmaq kimi amilin əhəmiyyətini qabardır və artan qiymətlər alıcıları yerli məhsul almağa sövq edir. Bu isə yerli istehsalın satış həcminin artırmasına və yerli məhsullara tələbatın yüksəlməsinə gətirib çıxarar.