• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 01.11.2022 16:35

Vəzifəyə qəbulun qeydiyyatına başlanılıb

KepezTV Player

Məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılıb. Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin işçi heyyəti bundan irəli gələrək noyabrın 5-nə kimi prosesi həyata keçirəcək. Namizədlər şəxsiyyəti təstiq edən sənədin sürəti, əmək kitabçasının sürəti, ali təhsil haqqında sənədin sürəti təqdim etməlidirlər. Qaydalara görə ali pedaqoji təhsili olan şəxslər və 3 ildən çox pedaqoji stajı olanlar da sənədlərni təqdim edə bilərlər. Həmin şəxslərin müəllim olaraq çalışması isə mütləqdir.Qəbul prosesi sənədlərə baxış, test və müsahibə mərhələrindən ibarətdir.