• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 01.11.2022 16:30

Rayonda gənc partiya üzvlərinin sayı artır

KepezTV Player

Şəmkirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin məzarlarını ziyarətlə başlayan tədbirdə Partiyanın fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Çıxışlarda 30 illik fəaliyyəti dövründə Cənubi Qafqazın ən böyük siyasi təşkilatının qazandığı  uğurlarda Heydər Əliyev imzasının olduğuna diqqət çəkilib. Ulu öndərin missiyasını zəfərlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi nəaliyyətlərdə misilsiz xidmətlərindən danışılıb. Natiqlər YAP-ın Şəmkir rayon təşkilatının fəaliyyətinə də toxunaraq hazırda 90 ərazi ilk partiya təşkilatında 11 min 894 üzvü birləşdiyini vurğulayıblar. Son bir ildə rayon təşkilatının sıralarına 374 gənc qəbul olunub. Partiya üzvlərinin 4026 nəfərini gənclər, 7118 nəfərinin isə qadınlar təşkil edir. Sonda Yeni Azərbaycan Partiyasının  sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub. Fəaliyyəti ilə fərqlənən bir qrup partiya fəalı fəxri fərmanla mükafatlandırılıb.