• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2270
— 01.11.2022 20:37

Turizm xəritəsi hazırlanacaq

KepezTV Player

İlk dəfə olaraq Gəncədə turizmin inkişafı ilə bağlı yerli ekspertlər şəbəkəsi formalaşdırılıb. Bu turizim istiqamətverici işarələrin yaradılması və ölkənin ikinci böyük şəhərinin gəzməli, görməli yerlərinin xəritəsini hazırlamağa imkan verəcək.

Dövlət Turizim Agentliyinin Gəncə Turizim İnformasiya Mərkəzi qərb bölgəsinin turizm imkanlarını araşdırır. Potensialın düzgün qiymətləndirilməsinin nəticəsi özünü dövlət və özəl strukturlara təkliflərin verilməsində göstərəcək.

Zaur Bayramov Gəncə Turizim İnformasiya Mərkəzinin rəhbəri: Postpandemiyya dövründə xüsusi ilə daxili bazar artıq inkişaf etməkdədir. İnkişafın müəyyən amilləri görsənir. Qərb bölgəsi yeni bazar, məkan olduğu üçün yeni turizim obyetləri eləcə də qiymət aşağı olduğu üçün bu istiqamətdə maraq görsənir. Çünki yaradılan turizim marşurutları birbaşa özəl sektorların üzərinə düşür. Burada hazırlama, marketinq işlərini də öz üzərmizə götürürük.

Regionun turizim imkanlarını turistlər üçün əlçatan etmək üçün müxtəlif materiallar, xəritələr və braşuraların hazırlanması nəzərdə tutulur. Bu işə ekspertlərin də cəlbi onların bilik və bacarıqlardan istifadədir.

Fariz Qarayev Gəncə Turizim İnformasiya Mərkəzinin mütəxəssisi: Bu ekspertlər müxtəlif istiqamətlərdə təlimlər götürür, onların bilik bacarığının artırılması üçün görüşlər keçiririk. İndiyə qədər ekspertlər şəbəkəsinin 20-ə qədər üzvü var. Bu üzvlərin sayı artmaqda davam edir. Düşünürük ki, bu ekspertlər şəbəkəsi öz töhfəsini verəcəkdir.

Gəncədə turistlər üçün 14 otel, 9 hostel və 1 motel fəaliyyət göstərir. Tarixi abidlər və dini turizimlə bağlı marşurut xətlərinin yaradılması nəzərdə tutulur.

Elnur Vahidoğlu