• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 875
— 01.11.2022 20:38

Xaricdə attestatla təhsil nə qədər realdır?

KepezTV Player

Məktəbi bitirdikdən sonra yerli universitetlərə üz tutan tələbələrlə yanaşı təhsilini xaricdə davam etdirmək istəyən də kifayət qədərdir.  Bəs abitruyentlərin xarici universitetləri seçməsində əsas səbəb nədir?  Azərbaycanın ali məktəblərinə qəbul olma bilmədikləri üçünmü xaricə üz tuturlar? Ətraflı sujutdə

Azərbaycanda ali məktəbə qəbul ola bilməyən abitruyentlər sadəcə attestatla xarici univeritetlərə daxil olurlar. Bunun üçün tələbə nə Dövlət İmtahan Mərkəzinə, nə də xarici universitetə imtahan verməlidirlər. Bəs bu hüquqi baxımdan nə dərəcə realdır?

Hazırda dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində minlərlə azərbaycanlı gənc təhsil alır. Türkiyə,  Rusiya, Almaniya, Polşa, Macarıstan, İtaliya isə ən çox üz tutulan ölkələr arasındadır. Xaricdə təhsilə üstünlük verənlər isə ya qəbulda aşağı bal  toplayıb azərbaycan universitetlərinə keçirilən müsabiqədə iştirak edə bilməyənlər ya da yüksək bal toplayıb daha yaxşı təhsil almağa can atanlardır.

Kənan Veyisli kurs rəhbəri: Demək olar ki, burda nəticə göstərə bilməyənlər xaricə üz tuturlar. Amma bu müəyyən bir səviyyəyə kimidir. Müəyyən bir səviyyədən sonra isə yüksək bal toplamış gənclər var ki, təhsili azərbaycanda deyil də xaricdə davam etdirmək istəyirllər. Yəni xaricə üz tutmağı daha üstün bilirlər. Və bizm vasitəmizlə tələbə adını qazanırar. Bu il bizim vasitəmizlə 30-dan artıq tələbə xaricdə tələbə adını qazandı. Atestatla qəbuldan başlasaq atestat, transkript və xarici pasportun bu 3 sənədin eyni zamnada tərcümə və təsdiqi və tələbənin müəyyən əldə etdiyi sertfikartlar gərəkli olur.

Təhsil ekspertinin sözlərinə görə, xarici universitetlərə qəbul yerli universitetlərlə müqayisədə daha sadədir, elə əmək bazarında kadr seçərkən avropada təhsil almış gənclərə daha çox üstünlük verirlər. Çünki əsas olan gəncin hansı universitetə və necə qəbul olduğu deyil, ali təhsil müəssəsində özünü necə formalaşdırdığıdır. Hazırda yerli ali məktəblərin tələbələrinin 42 faizi, xarici universitetərin isə 95 faizi əmək bazarında işlə təmin olunub.

Kamran Əsədov təhsil eksperti: Ən çox azərbaycanlı gənc hal hazırda qardaş Türkiyədə təhsil alır. Və onların sayı 22 min nəfərə yaxındır. Və bu gənclərin əksəriyyəti heç bir imtahan vermədən atestatla universitetlərə qəbul olunurlar. Xarici ölkələrin universitetlərinə qəbul olmaq hər bir ölkənin özünün daxili qaydaları ilə tənzimlənir. Eyni zamanda Azərbaycanın özünün də təhsil müəsssələrinə xarici ölkələrdən hər hansı bir imtahan vermədən gəlib qəbul ola bilirlər. Təbii ki, qəbul qaydaları nə qədər sadə olarsa həmin ölkəyə bu tələbə axınına da  imkan verər. Bu o demək deyil ki, həmin şəxslər mütəxəsis deyillər. Çünki imtahanlar mütıxəsisi formlaşdırmır. Hər bir mütəxəsis təhsil aldığı müddət ərzində ali təhsil müəssəsində formalaşır. Və qeyd edim ki, xarici ölkədə təhsil alıb Azırbaycana gələnlərin işlə təminatı hətta yerli məzunlarla müqayisədə daha yaxşıdır. Xüsusən Avropanın, Türkiyənin tibb ixtisasını bitirənlər, informasiya texnologiyaları, kompyuter elmləri, kompyuter mühədisliyi, informasiya təhlükəsizliyi, turizm ahəsində bitirənlərin işlə təminatı Azərbaycan bazarında daha yaxşıdır.

Xaricdə təhsil alan tələbələri maraqlandıran mövzulardan biri də təhsil aldıqları ölkənin diplomunun Azərbaycanda tanınıb-tanınmaması ilə bağlıdır.

Cəsarət Valehov Elm və Təhsil Nazirliyinin mətbuat katibi: Xaricdə təhsil alıb gələn gənclərin ölkə ərazisində əmək bazarında işə qəbul olunması üçün onların diplomlarının ekvivalenti tanınmalıdır. Bunla bağlı müxtəlif qaydalar vardır. Və bu qaydalar təhsildə keyfiyyət təminatı agentliyinin bilavasitə vasitəsi ilə bu məsələlərə baxılır. Tanınma.az saytı vasitəsilə istənilən şəxs xaricdə təhsil alıbsa öz sənədlərin elektron qaydada qeydiyyatdan keçirir  və bir müddət bu sənədlərin emalı prosesi baş verir. Çünki hansı universitetdə oxuyubsa həmin universitetə sorğular göndərilir, həmin şəxsin ölkə kənarında olması ilə bağlı müvafiq gediş-qayıdışla bağlı nəticələr emal olunur. Əgər bütün bunlar yerindədirsə o zaman şəxs  təhsil keyfiyyət təminatı agentliyi tərəfindən yaradılan komisiya ilə bilavasitə üzbəüz olaraq müvafiq dil bilikləri ilə bağlı kiçik bir sorğu keçirilir, o sorğu nəticəsində, ekspertlərin verdiyi müvafiq qiymətə görə həmin şəxsin diplomunun təsdiq olunması prosesi baş verir.

Hazırda 42 minə yaxın azərbaycanlı gənc ölkəmizdən kənarda müxtəlif ixtisaslar üzrə təhsil alır.