• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 680
— 01.11.2022 20:33

İğtişaşların şiddəti artır, Tehranın çarəsizliyi

KepezTV Player

Azərbaycan haqqında belə yanğılı şeir səsləndirən bu şəxs güney azərbaycanlı komediya ustası Mazyar Şəkuridir. Onun Azərbaycan sevgisi, ana dilində belə coşqu ilə şeir söyləməsi İran hökumətinin xoşuna gəlməyib. Şəkuri paylaşımından sonra həbs olunub.

Bu sadəcə bir faktdır. Tehran ölkənin digər əhalisi bir yana, cənubi azərbaycanlıların ayağa qalxmasından son dərəcə narahatdır. Bu səbəbdəndir ki, son günlər İranda azərbaycanlı fəalların həbsi barədə xəbərləri tez-tez eşidirik. Negin Kəyani, Qasım Bodi, Sina Yusifi, Əmir Mehdipur, Hənan Müəzzini və daha neçəsi. Haqq səsinin eşidilməsi uğrunda canından keçənlər də az deyil. Amma hökumət qüvvələrinin istənilən kəskin müdaxiləsi etirazçıların səsini susdura bilmir. Cənubi azərbaycanlıların azadlıq harayı getdikcə daha ucadan eşidilir. Özlərini babəkin əsgərləri hesab edən təbrizli tələbələr “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Saçlarım azadlıq bayrağıdır, ipi çəkdikcə ucalarda əsəcək” deyərək fars rejiminə meydan oxuyurlar.

Yeganə Hacıyeva politoloq: İranın hazırkı rejiminə etimadsızlıq getdikcə güclənir. Mollakratiyanın simvolu olan əmmamələr indi ələ salma vasitəsidir. Fars rejiminin zorla sevdirdiyi “qəhrəmanlar” da xalqın gözünə cin-şeytan kimi görünür. Qəzəbli etirazçılar ürəklərindəki alovu Qasım Süleymaninin, Xamneyinin şəkillərini yandırmaqla söndürürlər. İğtişaşların şiddətindən çarəsiz duruma düşən aqressiv hökumət isə daha sərt üsullara əl atır. Etirazçı xalqa qarşı birbaşa atəş açılır.

22 yaşlı Məhsa Əmininin öldürülməsindən sonra başlayan iğtişaşların artan xətt üzrə inkişaf edəcəyi proqnozlaşdırılır. Daxildən parçalanmaqda olan Tehranın başı isə hələ separatçılarla münasibətlərini daha da istiləşdirməyə qarışıb. Ermənistanın baş naziri Nikol Paşinyan Soçidən gələr-gəlməz pencəyinin nəmi qurumamış İrana yollanıb. Yəqin bu dəfə əbanın altına sığınmağa.