• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 31.10.2022 20:57

Ucqar dağ kəndində mavi yanacaq olacaq

KepezTV Player

Uzun illərdi Göygöl rayonun Gəncəkənd kəndinin sakinləri mavi yanacağın olmamasından əziyyət çəkirlər. Dağ kəndində yaşayanlar əsasən də havaların soyuq keçdiyi dövrlərdə alternativ yanacaqdan istifadə etməklə isiniblə. Kəndə qaz xəttinin çəkilməsi isə yaşanan problemlərin yekunlaşması anlamına gəlir. 

Göygöl rayonun Gəncəkənd kəndində 114 ailə, 500-ə yaxın  sakin yaşayır. Rayon mərkəzindən 10 km aralıda yerləşən bu kəndin sakinləri qazsız olduğundan əziyyətlə yaşamaq məcburiyyətindədirlər.

Vaqif Abdullayev sakin: Zülm çəkirik, dağın ətəyidir soyuqdur. Uşaq donur. Odun yarıram, meşədə yoxdur odun gətirməyə, biz necə dolanaq?

Validə Muradova  sakin: Bunlarla ocaq qalayıb yemək bişirirəm. Odun da yoxdur. Hara gedək.

Artıq Gəncəkəndin sakinlərinin üzləşdikləri bu problemin aradan qaldırılmasına başlanılıb. Azəriqaz tərəfindən kəndə 5 km uzunluğunda boru xətti çəkilir.

Hazırda kənddə magistral xəttin çəkilişi həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra kənd daxili eləcədə evlərə qazın çəkilişinə başlanılacaqdır.

İki aydır başlanan işlər çərçivəsində 1200 metr uzunluğunda polad boru xətti çəkib.  Siyirtmələr və qaztənzimləyici şakflar qoyulur.

Rövşən Kərimov Gəncə Xidmət sahəsinin ustası: Çəkdiyimiz polad boru 108 mm aparılır. Əsas işimiz yekunlaşdıqdan sonra 76 mm—lik pold boru ilə çəkcəyik.  Təmir tikinti sahəsində işimizi yekunlaşdırdıqdan sonra bu xəttin kipliyi, möhkəmliyi yoxlandıqdan sonra biz bunu Azəriqaza təhvil veririk. Sonra əhali qazın sayğacınla bağlı Asan xidmətə müraciət edərək qazın sayğacı quraşdırıla bilər.

Görülən işlər mavi yanacağın həsrətində olan kənd sakinlərinin ürəyincədir.

Zemfira Mədətova sakin: Mən orada maqazində işləyirəm. Hər bir şeyləri ora yığırlar. Gələndə də görürəm narazı deyiləm, çəkirlər.

Mibubəd Həsənova  sakin: Razıyıq ki, qazımız çəkilsin. Biz də yanacaq yandıraq.

Hüseyin Şirinov  Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Ümumilikdə Gəncə kəndində evlərə qaz xətlərinin birləşməsinə bu ilin sonunda başlanılacaqdır. Gələn ilin əvvəlində kənd sakinləri mavi yanacaqdan istifadə edə biləcəklər.

Hazırda Gəncə Regional Qaz İstismar İdarəsi tərəfindən  Göygölün Yeni Quşqara kəndinə də qaz xətti çəkilir. Gələn il üçün Gəncənin Məhsəti qəsəbəsi, Goranboy, Samux və Naftalanın qazsız kənd və qəsəbələrinə də qaz xətti çəkiləcək. Ümumilikdə ilin əvvəlindən indiyə kimi müxtəlif diametrli 26 min paqonometr qaz xətləri çəkilib.

Elnur Vahidoğlu