• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2015
— 31.10.2022 15:54

Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib

KepezTV Player

Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunub və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib. Təlimin əsas məqsədi bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini daha da təkmilləşdirməkdir. Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.