KepezTV Player
Oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın Goranboyda kirayədə yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
- Baxış: 462