• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1456
— 30.10.2022 20:32

Etiraz aksiyaları səngimək bilmir, gərginlik artır

KepezTV Player

İranda etirazlar səngimir. Bütün ölkəni bürüyən aksiyalarda etirazçılar hakimiyyətə qarşı şüarlar səsləndirir, mövcud idarəçilik üsulundan bezdiklərini dilə gətirirlər. Aksiyalar polis qüvvələri ilə toqquşmalarsız da keçinmir. Yola saldığımız həftə ərzində Arazın o tayında baş verən hadisələrə nəzər salacağıq.

İranda davam edən etiraz aksiyalarının mərkəzi Tehran sayılır. Yerli polis qüvvələri ilə toqquşmalar zamanı elə ən çox zərər də paytaxta vurulub.Məlumata görə, iğtişaşlar nəticəsində şəhərə dəyən ziyan 600 milyon dollar təşkil edib. 50 günə yaxındır ki, davam edən etirazlarda Tehranda nəqliyyat sistemi qisməndə olsa sıradan çıxarılıb.Bundan əlavə, 17 banka basqın edilib.

Tehranla yanaşı, İranın müxtəlif şəhərlərində etiraz aksiyaları davam edir. Vəramin şəhərində etirazçılar üzərində dövət və din xadimlərinin şəkilləri olan banneri yandırıblar.25 /12.30

Ölkə daxilindəki gərgin vəziyyət Təbrizi də bürüyüb. Yerli traktor zavodunun işçiləri tətilə başlayıblar. İşçilərin bildirdiyinə görə, buna səbəb əməkhaqlarının artırılması, iş yerlərinin bölgüsü tələbi ilə bağlı şirkət rəhbərliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsi və Əmək Şurasının yaradılması tələbidir. Güneyli fəallar Təbrizdə Azərbaycan bayrağını da dalğalandırmaqdan çəkinməyiblər. 26. 12*30

İranın “Xacə Nəsir” Universitetinə tələbələrlə görüşə gedən İran prezidentinin sözçüsü Əli Bəhadori Cəhromi burada etirazla qarşılanıb, fitə tutulub və binadan qovulub. Narazı öyrəncilər mühazirə zalının qarşısına toplaşaraq prezidentin sözçüsünün universitetə gəlməsinə etiraz olaraq “Biz korrupsioner sistem, biz qatil qonaq istəmirik” kimi şüarlar səsləndiriblər.

Bu arada İran İnsan Haqları Təşkilatı ölkədə hökumət qüvvələri tərəfindən öldürülən etirazçıların sayının 252 nəfərə çatdığını açıqlayıb. Öldürülənlər arasında 35 uşağın adının olduğu və ən azı 13309 nəfərin həbs edildiyi qeyd edilib. Yüzlərlə ağır yaralı olduğuna görə, ölü sayının artacağı ehtimal edilir. 25 /12.30

Zahidan şəhərində yerləşən Məkki məscidinin ərazisində də kütləvi iğtişaşlar baş verib. Aksiyanı dağıtmaq üçün əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub. Binaların damında etirazçılara qarşı snayperlər yerləşdirib. Atəş açılması nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. 29.12*30

Avropa İttifaqı isə etirazların başlanmasına səbəb olan Məhsa Əmininin öldürülməsi və ümumölkə etirazlarının yatırılması ilə əlaqədar İranın 15 rəsmi şəxsi və 4 qurumuna - "Əxlaqi Təhlükəsizlik Polisi", "Bəsic-e Müstəzəfin", SEPAH kibermüdafiə qərargahı və İran polis komandanlığına sanksiya tətbiq edib.

Etirazlar və iğtişaşlar səbəbindən İranda internetin bloklanmasının ölkəyə vurduğu zərərin Ticarət və Sənaye Palatasının təxmin etdiyindən xeyli çox olduğu açıqlanıb. Sənaye və Ticarət Nazirliyinin Xarici Əlaqələr Komissiyasının məlumatına görə,internetin bloklanmasının vurduğu zərər düzgün qiymətləndirməyib. Belə ki, təsirə məruz qalan bir çox fərd və şirkətlər nəzərə alınmayıb. Qeydə alınmayan zərərçəkmişlər arasında əvvəllər İrana investisiya yatırmış şirkətlər, həmçinin İranda və xaricdə nümayəndəlikləri olan firmalar da var. Onlar alıcılarla internetin bloklanması səbəbindən əlaqə saxlaya bilmirlər. Bundan əlavə, digər ölkələrdə anbarları olan şirkətlər öz məhsullarının qalıqlarını onlayn yoxlamaq imkanlarını itiriblər. Qeyd edilib ki, itkilər artıq 3 milyard dollardan çoxdur və bloklamanın davam etməsi bir çox şirkətlərin iflasına gətirib çıxaracaq. 24/16:30

Ziyarətgaha hücum zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb

İranda son günlərin diqqət çəkən olayları sırasında Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktı xüsusi ilə qeyd olunmalıdı. 3 silahlı şəxsin ziyarətgaha hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb. Görünən odur ki, İranda vəziyyətin stabilləşəcəyindən danışmaq hələ olduqca tezdir. Xalqla hakimiyyət arasında böyük uçurum yaranıb və hər keçən gün gərginlik artır. 27.09*30